Məlumata görə, o salona günorta saat 15:00-da gəlib. Salondan çıxanda isə saatlar 22:30-u göstərib. Ona xidmət üçün lüks salonun bütün əməkdaşları səfərbər olub.
Başdan ayağa kimi özünə qulluq etdirən diva saçlarında radikal dəyişiklik edib.
Əvvəl onun başına sarı parik qoyulub, üzərindən isə qara saçlar əlavə edilib. Daima qara saçlı görməyə vərdiş etdiyimiz B.Ərsoy indi ikirəngli saçları ilə yeni axım yaradacağa bənzəyir.


Xidmətdən razı qalan Ərsoy işçilərə bol-bol pul payalayıb.
Diva gözəllik salonundan çıxdıqdan sonra bir başa restoraana gedib. Özünə qulluq etdirən müğənni getdiyi restoranda nə az, nə çox düz 2,5 kq ət yeyib. O, belə iştahlı olmasına isə maraqlı açıqlama verib. "Hazırda damaq dadım çox yaxşıdır. Öz pulumla yeyeirəm, kimə nə".

