ANS PRESS-in məlumatına görə, ifaçı "Bilboard" jurnalının yeni rekordçusu olub. 21 yaşlı artistə tarixdə ilk dəfə "Bilboard"ın top yüzlüyündə maksimum mahnı sayı ilə yer tutmaq nəsib olub.
Castin bu siyahıya düz 17 mahnısı ilə düşüb. Bununla da Castin 50 il qabaq Britaniyanın əfsanəvi "The Beatles" qrupunun rekordunu təzələyib. 1964-cü ildən sonra reper Dreyk əfsanəvi qrupun rekordunu 2015-ci ildə iki dəfə təkrarlayıb.
"The Beatles" qrupu "Bilboard" siyahısına 14 mahnı ilə düşüb. Castin Biberin 13 noyabrda çıxardığı “Purpose” albomu artıq bir neçə rekordu qırıb.

"The Beatles" qrupu
Castin Biberin “Purpose” adlı albomu sənətçiyə fantastik uğur qazandırıb. Pop musiqisinin tarixi ərzində ilk dəfə olaraq ifaçının albomundan 8 mahnısı Britaniya hit paradına daxil olub. Britaniya pop musiqisinin tarixində heç vaxt belə hal təkrarlanmayıb.

Dreyk- reper
Əvvəl bu rekordun sahibi 1957-ci ildən rokn-rolun kralı Elvis Presli olub. Onun albomundan 7 mahnı Britaniya hit paradına düşmüşdü.
Castin Biber - "Sorry"
Həmçinin oxuyun: Ulduz müğənni inanılmaz rekorda imza atdı (FOTO, VİDEO)
Bütün dövrlərin ən yaxşı sənətçiləri məlum oldu