Yeni bank məhsulu “Sərbəst alış-veriş – seçim Sizindir” şüarını daşıyır.
Beləliklə, Bank Respublikanın yeni kredit kartı partnyor şəbəkəsində və ümumiyyətlə, POS ternminal quraşdırılmış bütün satış məntəqələrində alış-veriş edib ödənişi 3, 6 və ya 12 ay ərzində bərabər hissələrə bölmək imkanı verir. Bununla yanaşı, bu kart vasitəsilə partnyor şəbəkəsində ödənişlər tamamilə faizsiz aparıla bilər.
MasterCard bazasında yaradılan yeni kredit kartı vasitəsilə dünyanın 200-dən artıq ölkəsində istədiyiniz bir şeyi almaq və yaxud xidmətdən istifadə edərək ödənişi hissə-hissə ödəmək mümkündür.
Həmçinin bankomat vasitəsilə istər Azərbaycanda, istər xaricdə kartdan vəsaitin daimi nağdlaşdırılması imkanının təqdim edilməsi nəzərdə tutulub.
Yeni kartın diğər bir üstünlüyü də – populyar olan Card to Card xidmətilə aparılan ödənişlərin də bərabər hissələrlə ödəmək imkanının mövcüdluğudur.
Kartın imkanları haqqında daha ətraflı məlumat yaxın zamanda, kart istifadəyə verildikdən sonra təqdim ediləcək.