Bakı, 6 fevral, Rafael Həsənov, AzərTAc
Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramerin başçılıq etdiyi nümayəndə heyəti fevralın 6-da Fəxri xiyabanı ziyarət edib. Nümayəndə heyətinin üzvləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və güllər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Avropa Stolüstü Tennis Birliyinin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib