Nazir: "Ordumuzda ən müasir silahlar var" - FOTO

Nazir: "Ordumuzda ən müasir silahlar var" - FOTO
14:42 2 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb. Müdafiə nazirliyindən Milli.Az-a verilən məlumata görə, məktəbin zabit və kursant heyətinin, pedaqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazirin sözlərinə görə, hələ keçmiş sovetlər dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib.

"Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər", - deyə nazir bildirib.

Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir. 
Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır.

"Artıq ordunun təchizatında ən müasir silahlar vardır. Bu dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır".

Müdafiə naziri çıxışının sonunda kursantlara təhsildə və intizamda uğurlar arzulayıb və əminliklə qeyd edib ki, onlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklər.

Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03

İsrail polisi Avropa parlamentindən olan nümayəndələrə hücum edib

21 Sentyabr 2017 23:02

Bu görüntülər sizi dəhşətə gətirəcək -

21 Sentyabr 2017 22:52

Türkiyədə silah səsləri eşidildi -

21 Sentyabr 2017 22:46

"Harvi"nin vurduğu ziyan - 600 milyon dollar

21 Sentyabr 2017 22:38

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:28

Erməni deputatlar Bakıda səfərdədir

21 Sentyabr 2017 22:28

BMT baş katibi Ruhanidən xahiş etdi

21 Sentyabr 2017 22:19

İstəyən hər qız “Taxt oyunları”nın qəhrəmanı ilə cinsi əlaqədə olacaq: İNANILMAZ İMKAN - FOTO (18+)

21 Sentyabr 2017 22:13

Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir -

21 Sentyabr 2017 22:12

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:06

"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

21 Sentyabr 2017 22:02

"Mariya" qasırğası şiddətini artırır -

21 Sentyabr 2017 22:00

Lənkəran sakini qatarın altında qaldı

21 Sentyabr 2017 21:58

Terror təşkilatı Suriyada seçkilər keçirəcək

21 Sentyabr 2017 21:43

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 21:38

Lənkəranda qatar yerli sakini vurub

21 Sentyabr 2017 21:37

Erməni deputatlar Bakıdadır

21 Sentyabr 2017 21:34

Iraq ordusundan hazırlıq -

21 Sentyabr 2017 21:34

Göyçayda 62 yaşlı kişi özünü kanala atdı

21 Sentyabr 2017 21:28

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

21 Sentyabr 2017 21:27

Sabah Yaxın Şərqin gələcəyi müəyyən ediləcək: Türkiyə ordusu HAZIRDIR

21 Sentyabr 2017 21:18

"Harvi"nin vurduğu ziyan açıqlanıb -

21 Sentyabr 2017 21:14

ANAM üçün

21 Sentyabr 2017 21:03