"Bakcell" 4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını nümayiş etdirir

"Bakcell" 4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını nümayiş etdirir
19:23 2 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
"Bakcell" şirkəti "Bakutel 2015" sərgisində Azərbaycanda ən sürətli sayılan və operatora bir-birindən maraqlı yeni xidmətlər təklif etmək imkanı verən 4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu və bir çox digər yenilik və nailiyyətləri "Bakcell" şirkətinin stendində görmək və real həyatda sınaqdan keçirmək mümkündür. Ziyarətçilər şirkətin təqdim etdiyi super yüksək sürətli 4G internetini təcrübədən keçirmək və 4G limitini kəşf etmək üçün quraşdırılmış xüsusi velosipeddən istifadə edərək onun imkanları ilə əyləncəli bir şəkildə tanış olurlar. Qonaqlar, həmçinin ilk olaraq ən son LTE texnologiyası – 4G+ və ya "LTE-Advanced" xidməti sayəsində 225 Mbit/saniyəyə qədər sürətlə mobil interneti təcrübədən keçirmək imkanı qazanırlar.
""Bakcell" özünün ən müasir 4+ (LTE Advanced) şəbəkəsinin imkanlarını nümayiş etdirmək üçün ölkənin ən qabaqcıl informasiya texnologiyaları sərgisini - "Bakutel 2015" i seçdi. LTE xidmətini istifadəyə verdikdən sonra qürurla deyə bilərik ki, abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün şirkətimiz ölkədə ən geniş mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikdir. Biz LTE şəbəkəmizin inkişafına sərmayə qoyulması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik və bu, "Bakcell" şirkətinin Azərbaycanda ən böyük 4G operatoru kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdıracaq", - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Yeni təqdim etdiyi "Qoş və Coş" platforması çərçivəsində şirkət video yayım xidməti daxil olmaqla bir çox maraqlı xidmətlər təqdim edir. Bunlardan biri rəqəmsal televiziya yayımı sahəsində Türkiyənin aparıcı platforması olan "Digiturk" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan və 100-ə yaxın məşhur kanalı, o cümlədən "Lig TV"ni canlı izləmək imkanı verən yeni xidmətdir.
"Bakcell" "Bakutel 2015" sərgisinin "Telekommunikasiya partnyoru"dur.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBakcell_quot_4G_LTE_A_mobil_internet_sebekesinin_funksional_imkanlarini_numayis_etdirir-907666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR