Almaz Ələsgərlinin İsveçdə yaşayan qızı

Almaz Ələsgərlinin İsveçdə yaşayan qızı
11:49 3 Dekabr 2015
99 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Almaz Ələsgərli İsveçdə yaşayan qızının şəkillərini yayıb. Lent.az-ın məlumatına görə, əməkdar artist fotoya “Mənim canım Mədinə qızım” şərhini qeyd edib.

 

Xatırladaq ki, A.Ələsgərlinin böyük qızı Mədinə İsveçdə təhsil alır və çalışır. Kiçik qızı isə anası ilə Bakıda yaşayır.

 

Qeyd edək ki, əməkdar artist bir müddət əvvəl bildirmişdi ki, övladları barədə mətbuata açıqlama verməyəcək: “Uşaqlarımla və şəxsi həyatımla bağlı suallara cavab verməyəcəm. Buna tövbə etmişəm. Övladlarımla bağlı nəsə deyənin gözünü çıxardaram. Onlarla bağlı mövzuları bağlamışam. Bundan sonra heç yerdə qızlarımdan danışmayacam. Ailəmlə bağlı suallar verilməsin. Nə vaxt istəsəm, özüm danışaram. Qızlarım kameradan uzaqdırlar. Bu yaxınlarda bir veriliş qızımı çəkmək istədi. Razılaşmadı. Dedi ki, ana, nə istəyirsən edim, amma efirə çıxmayım. Mən də heç nə demədim”.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR