Füzulidə tibb xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə olunub

Füzulidə tibb xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə olunub
18:43 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 3 dekabr, AZƏRTAC
Füzuli rayon icra hakimiyyətində keçirilən tədbirdə əhaliyə göstərilən tibb xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, həkim-xəstə münasibətlərində şəffaflığa nail olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə rayon mərkəzi xəstəxanasının, Füzuli Tibb Mərkəzinin, ərazidəki tibb məntəqələrinin həkimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Soltan Əliyev və Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat veriblər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tibb sahəsinə, insanların sağlamlığına göstərilən dövlət qayğısından danışıb, həkim-xəstə münasibətlərində şəffaflığın təmin edilməsinin, hər bir vətəndaşa həssas yanaşılmasının vacibliyini vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR