Rəsulzadənin təhqirinə deputat mövqeyi

Rəsulzadənin təhqirinə deputat mövqeyi
21:06 3 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

"İntizam komissiyasında hər hansı bir məsələyə baxılması üçün parlament sədri həmin komissiyaya müraciət etməlidir. Komissiya ancaq Milli Məclisin daxilində olan məsələlərə cavabdehdir. Parlamentdən kənar baş verən məsələlər ancaq məhkəmə yolu ilə həll edilir. Bu parlamentin intizamına aid deyil".

Bunu ANS PRESS-ə Məhəmməd Əmin Rəsulzadəni təhqir edən Naqif Həmzəyevin məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağını şərh edən deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev bu məsələnin parlamentdə müzakirə olunacağı ilə bağlı fikir yürüdə bilməz: "Bu jurnalistlərin təxəyyülünün məhsuludur. Necə ki, Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə heç bir şey demədiyi halda onu yalandan bu fikirləri deməkdə ittiham edirlər.


Siyavuş Novruzov - Deputat


Deputatın səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Fazil Mustafa bildirdi ki, mövqeyini müzakirələrin gedişində bildirəcək:

"İlk əvvəl baxmaq lazımdır ki, müzakirə hansı formada aparılır. Əgər bu intizam xətasıdırsa, xəbərdarlıq və başqa formalardan biri tətbiq edilə bilər. Düşünürəm ki, bu cür statusda olan insanların Azərbaycanın qurucusu olan şəxs haqqında bu qədər aşağılayıcı fikirlər səsləndirməsi ən azından etik və insanlıq cəhətdən yolverilməzdir. Ancaq yenə də hər şey iclasın gedişatından asılıdır. Bəlkə N. Həmzəyev elə bir arqument gətirəcək ki, bizim də fikirlərimiz dəyişəcək. Hər kəsin fikirlərini bildirmək hüququ var. Əgər deputatın fikirlərində peşmançılıq duyğuları olacaqsa, bizim fikirlərimiz fərqli olacaq".

Deputat bütün bunlara baxmayaraq Rəsulzadə haqqında hansısa təhqiramiz fikirlər yürüdülməsinə mövqeyinin çox mənfi olduğunu bildirdi:

"Məhəmməd Əmin Rəsulzadə barədə tənqidi fikir söylənməsini normal qəbul edirəm. Kimsə onun fikirlərini, davranışını yaxud hansısa əsərlərini qəbul etməyə bilər. Ancaq onu vətən xaini adlandırmaq, İrəvanı satmasını iddia etmək, ailəsinə böhtan atmaq tamamilə böhtan xarakterli hərəkətlərdir və bir azərbaycanlı kimi məni də incidir. Ancaq müzakirə zamanı Naqifin özünü müdafiəsində məni qane etməyən məqamlar olsa, deputat haqqında ən uyğun cəzanın verilməsinin tərəfdarı olacam. Burada müxtəlif intizam tədbirləri var: xəbərdarlıq, iclas zalından çıxarma, töhmət və deputat səlahiyyətinin itirilməsi", - deyə F. Mustafa bildirdi.


Fazil Mustafa- Millət vəkili


Millət vəkil Rasim Musabəyov isə Həmzəyevin cavanlıq səhvi etdiyini deyir: "Düşünürəm ki, ona qarşı mediada və cəmiyyətdə sərt fikirlər səsləndirilməsi N. Həmzəyevə ən böyük dərsdir. Cavan oğlandır da, bundan sonra daha ehtiyyatlı olar. Deputatın kimisə təhqir etdiyi halda belə ona hansısa cəza tədbiri nəzərdə tutulmayıb. Deputatın ən böyük cəzası tənbeh ola bilər. Ancaq mən ona sərt cəza verilməsinin tərəfdarı olmayacam. Çünki onsuz da burada Naqif Həmzəyevin deputat mövqeyini itirməsindən söhbət gedə bilməz".

Xatırladaq ki, iki gün əvvəl bir sıra KİV-də N.Həmzəyevin "Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualına deputatın "Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar” dediyi barədə xəbərlər yayılıb. Məlumata görə N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: "O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

Hadisədən sonra Məhəmməd Əminin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə ANS PRESS-ə açıqlamasında gənc deputatın fikirlərinə münasibət bildirərkən demişdi: “Kimliyindən asılı olmayaraq insan danışığına, dediyi sözlərə fikir verməlidir. Məhəmməd Əmin Rəsulzadə bizim tariximizin bir hissəsidir. Belə fikir səsləndirməsi gənc deputatın tarixi bilməməsindən irəli gəlir. Əgər o, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmə qarşısında cavab verəcək. Artıq həmin deputat belə sözlər işlətmədiyini, fikirlərinin yanlış başa düşüldüyü barədə açıqlama verib. Şəxsən mənim özümə bu barədə zəng etməyib”.



Vəkil Adəm Məmmədov də məsələ ilə bağlı ANS PRESS-ə Naqif Həmzəyevin çıxışında həm böhtan, həm təhqir, həm də şərəf və ləyaqətin alçaldılması olduğunu, buna görə məhkəməyə müraciət edəcəklərini bildirmişdi: "Biz bir neçə vəkillə birgə öz təşəbbüsümüzlə dövlət başçısına və məhkəməyə müraciət edəcəyik. Çünki bu ifadələrə görə deputatın cəzası ağır olmalıdır".

Ümumiyyətlə Rəsulzadənin Azərbaycan tarixindəki rolu danılmazdır. O, Azərbaycan xalqının ilk ümummilli lideridir. Məsələyə lazımı diqqət yetirmək üçün ilk öncə dahi şəxsiyyətə qarşı qara piar kampaniyası həyata keçirən şəxslər müəyyən edilməlidir. Əgər deputat belə səhv addım atıbsa, o, jurnalist bu səhvə yol veribsə, həmin jurnalist müəyyən edilməlidir. Daha sonra məsələyə hüquqi qiymət verilməlidir. Hər kəs başa düşməlidir ki, ölkədə söz azadlığı varsa jurnalist, deputat toxunulmazlığı varsa da, millət vəkili istədiyi zaman istədiyi şəxsiyyət haqqında təhqiramiz fikirlər irəli sürə bilməz. Rəsulzadə isə həm millətin həm də dövlətin sərvətidir. Millətin sərvətininin təhqir edilməsi isə yolverilməzdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tütünün zərərlərini yox edən effektiv üsullar

23 Sentyabr 2017 07:53

“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat etdi

23 Sentyabr 2017 07:24

Seksual tələbat olmayan dünya necə olardı?

23 Sentyabr 2017 07:13

Kolumbiyada 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub

23 Sentyabr 2017 07:02

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 06:54

Donald Tramp: "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi"

23 Sentyabr 2017 06:52

İran ballistik raket buraxdı

23 Sentyabr 2017 06:38

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10