Azərbaycanlı jurnalist Ərdoğanın şəxsi təyyarəsində - FOTO

Azərbaycanlı jurnalist Ərdoğanın şəxsi təyyarəsində - FOTO
13:37 4 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Qətər səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, onların arasında azərbaycanlı jurnalist Sevil Nuriyeva da olub.

Prezident Rusiyanın inşa etdiyi Akkuyu nüvə stansiyası, Türkiyə-İsrail əlaqələrinə dair, İŞİD-lə mübarizə və Qətərlə əldə edilən razılaşmalarla bağlı jurnalistlərin ünvanladıqları sualları cavablandırıb.

Qeyd edək ki, Sevil Nuriyeva artıq uzun müddətdir ki, Türkiyədə yaşayır və aktiv jurnalist fəaliyyəti ilə məşğuldur.

Eyni zamanda, hakim AK partiyasının qızğın tərəfdarlarından biri olaraq tanınır. Onu da əlavə edək ki, həmyerlimiz daha əvvəl də Fransanın paytaxtı Parisə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edənlər arasında olmuşdu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR