"Müsəlman Birliyi" hərəkatının həbs edilmiş üzvünün evindən silah-sursat, dini ədəbiyyat götürülüb.
Milli.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs - qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun "Müsəlman birliyi" adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.
Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd "F-1" qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.
Milli.Az