Məktəblilər arasında velosiped idmanı üzrə rayon birinciliklərinə yekun vurulub

Məktəblilər arasında velosiped idmanı üzrə rayon birinciliklərinə yekun vurulub
16:18 4 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxt rayonlarının orta məktəbləri arasında təşkil edilən birinciliklərə yekun vurulub. Sabunçu və Nərimanov rayonlarındakı yarışlardan sonra final mərhələsinə vəsiqə qazanan son 6 komandanın da adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, Sabunçu rayonu üzrə yarışda birinci yerə 148 nömrəli orta məktəbin komandası sahib olub. Birincilikdə 67 və 155 nömrəli məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar. Nərimanov rayonu məktəblərinin mübarizəsinə gəlincə, 82 nömrəli orta məktəbin komandası bütün rəqiblərindən yaxşı çıxış edib. İkinci yerə 45, üçüncü yerə isə 200 nömrəli orta məktəbin komandası layiq görülüb.
Beləliklə, adları çəkilən məktəblərin komandaları final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı çempionatında iştirak hüququ əldə ediblər.
 










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mektebliler_arasinda_velosiped_idmani_uzre_rayon_birinciliklerine_yekun_vurulub-908294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR