[ 07 Fevral 2015 01:23 ]


Bakı-APA. Nigerin silahlı qüvvələri “Boko Haram” qruplaşmasının 109 silahlısını məhv ediblər.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nigerin müdafiə naziri bildirib.

Onun sözlərinə görə, terrorçuların hücumu nəticəsində 4 hərbi qulluqçu həlak olub, 17 nəfər yaralanıb. Dinc sakinlər arasında da ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, bu, “Boko Haram” terror qruplaşmasının Niger ərazisinə ilk hücumudur.