Neftçala sakini intihar etmək istədi

Neftçala sakini intihar etmək istədi
20:06 5 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda intihara cəhd hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb. Həmin kəndin sakini, 44 yaşlı Niyazi Məmməd oğlu Piriyev axşam saatlarında damda özünü asaraq intihara cəhd göstərib. Yaxınları bundan vaxtında xəbər tutub və onu dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər Niyazi Piriyevin həyatını xilas edə bilib. Hazırda o, xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib. İntihara cəhdin əsl səbəb hələlik məlum deyil.
 
Faktla bağlı Neftçala prokurorluğunda araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR