On minlərlə tokiolu payız yarpaqlarını seyr etmək üçün İmperator sarayına gəlir

On minlərlə tokiolu payız yarpaqlarını seyr etmək üçün İmperator sarayına gəlir
08:38 6 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 6 dekabr, AZƏRTAC
Dekabrın 5-də on minlərlə tokiolu payız yarpaqlarını gözəlliyini seyr etmək üçün Yaponiya paytaxtının mərkəzində yerləşən İmperator sarayına gəlib. Hər il dekabrın ilk günlərində İnuni dori xiyabanı boyunca yerləşən 250-dən çox ağac payızın əlvan rənglərinə bürünür. Səhər saatlarında üç minə yaxın insan sıraya düzülərək İnui dori xiyabanına aparan yolun qapılarının açılmasını gözləyib. Cari fəsildə həmin xiyaban ilk ziyarətçiləri qəbul etmək üçün qapılarını açıb. Buradakı 60-a yaxın ağcaqayın ağacı payız fəslinə məxsus ən parlaq rənglərə bürünüb.
İnui dori xiyabanı dekabrın 9-dək ziyarətçilərə açıq olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR