"Xəzər ətrafı ölkələrə müraciət olunub, güclü axın itənlərin cəsədlərini bu ölkələrin sektoruna ata bilər"

"Xəzər ətrafı ölkələrə müraciət olunub, güclü axın itənlərin cəsədlərini bu ölkələrin sektoruna ata bilər"
14:27 6 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

İtən neftçilərin axtarışına Sərhəd qoşunlarının 3, Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 vertolyotu cəlb olunub.

Trend-in məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov mətbuat konfransında deyib.

X.Məmmədov bildirib ki, axtarış və xilasetmə işlərinə eləcə də bütün müvafiq strukturlar, gəmilər, sərhəd qoşunları və FHN cəlb edilib: "SOCAR Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfinə də müraciət etmişik. Belə ki, itən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər".

X.Məmmədov bildirib ki, yanğın nəticəsində həlak olmuş Zaur Həsənovun cənazəsi ailəsinə təhfil verilib.

X.Məmmədov qeyd ki, yanğın baş verən platformadan 33 nəfər xilas edilib, 1 nəfərin cənazəsi çıxarılıb və 29 nəfər itkin düşmüş insanın axtarışları davam edir: "Yanğının söndürülməsi işləri də davam etdirir. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Xilasetmə Xidmətinin gəmiləri yanğının söndürülməsi işlərini davam etdirir. Artıq gəmilər platformaya yaxınlaşa bilib. Eyni zamanda gəmilər sahil boyu ərazilərdə vizual müşahidələr aparılır".

Həmçinin qeyd olunub ki, xilasetmə işi aparan helikopterlərdən biri platformanın 40 km-də əşyalar müşahidə edib və həmin əraziyə xilasetmə qüvvələri göndərilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR