"Sanki ürəyim dayanıb"

"Sanki ürəyim dayanıb"
10:17 7 Dekabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı Xoşqədəm Hidayətqızı "Günəşli" yatağında baş verən yanğından xilas olunanlara baş çəkib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xəstəxanaya yollanan aparıcı təəssüratlarını bölüşüb:

"Xəstəxanadan gəldim. 6 ildir ki, insan talelərini araşdırıram. Çəkdim və hər dəfə də qəlbimdən bir tel qırıldığını hiss etdim. Saatlarla ölüm və yaşam arasında qalan bu insanları dinləyərkən möcüzənin bir daha şahidi oldum. İtkin düşən digər qardaşlarımızla bağlı danışılan xoş xatirələr isə qəlbimi paramparça etdi. Əvvəllər qəlbimin bir teli qopurdusa, indi, sanki, ürəyim dayanıb. Yaxınlarınızı sevin, əllərindən möhkəmcə yapışın. Unutmayın, yatıb oyanmamaq, oyanıb tapmamaq var".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR