Günəşli” yatağında baş verən yanğında itkin düşən neftçinin sosial şəbəkədə həyat yoldaşına yazdığı son mesaj paylaşılıb.
Axşam.az atv.az-a istinadən xəbər verir ki, neftçi İman Qasımov vida mesajında həyat yoldaşı Arzu ilə sağollaşıb və övladlarını ona əmanət edib.
Qeyd edək ki, "ATV Xəbər"in 21:00 buraxılışında bu xəbəri təqdim edən aparıcı Lalə Azərtaş göz yaşlarına hakim ola bilməyib.
Həmin anları birlikdə izləyək: