Astaralılar “Dənizə bir qərənfil ataq” aksiyasına qoşulublar

Astaralılar “Dənizə bir qərənfil ataq” aksiyasına qoşulublar
15:18 8 Dekabr 2015
109 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 8-də Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksinə toplaşan məktəblilər, tələbələr, müəllimlər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən neftçilərin xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, “Dənizə bir qərənfil ataq” devizi ilə keçirilən aksiyaya qoşulanlar dərin hüznlə neftçiləri anıblar.
Aksiyaya qoşulan minlərlə rayon sakini dənizə qərənfillər atıb, sahilboyu əraziyə güllər düzüblər.
Həmin gün rayonun məscidlərində dənizdə həlak olanların ruhuna dualar oxunub.
Qeyd edək ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşənlər arasında Astara rayonunun Kakalos kənd sakini Tural Fətəli oğlu Babazadə də var.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astaralilar_Denize_bir_qerenfil_ataq_aksiyasina_qosulublar-909313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR