Nərimanov rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş futbol turniri keçirilir

Nərimanov rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş futbol turniri keçirilir
21:33 8 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 noyabr, AZƏRTAC
Nərimanov rayon gənclər və idman idarəsinin və “Azərbaycan Tələbə Futbol Federasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri arasında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini futbol üzrə rayon turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkə həyatının bütün sahələrində sürətli inkişaf müşahidə olunub. Məhz ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini zamanın ağır və sərt sınaqlarından məharətlə çıxarıb.
Qeyd olunub ki, beş gün davam edəcək turnirdə 11 komanda mübarizə aparacaq. Sonda qalib gələn komandalar Nərimanov rayon gənclər və idman idarəsi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nerimanov_rayonunda_ulu_onder_Heyder_Aliyevin_xatiresine_hesr_edilmis_futbol_turniri_kechirilir-909498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR