Şimali Koreyaya qarşı sanksiyalar artdı

Şimali Koreyaya qarşı sanksiyalar artdı
08:27 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ siyahıya 2 təşkilat və 6 fiziki şəxsi əlavə edərək Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
 
Məlumata görə, sanksiya siyahısına həmçinin 2014-cü ildə ballistik raketlərdən buraxılış həyata keçirdiyinə görə KXDR ordusunun Strateji raket qüvvələri daxil edilib.  Sanksiyalar siyahısında 3 gəmiqayırma zavodu da var.
 
Sanksiya siyahısına əlavə edilmiş fiziki şəxslər arasında Şimali Koreyanın Xarici Ticarət Bankının Xabarovskdakı nümayəndəsi Kim Ken Nam və "Tanchon Commercial Bank"ın 5 əməkdaşıdır.
 
ABŞ iddia edir ki, qeyd olunan şirkətlər  və fiziki şəxslər Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçmək və dünya maliyyə sisteminə girməyə yardım edirmişlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR