Məhkəmə qərarına əsasən, R.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Qeyd edək ki, R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılır.