“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” çapdan çıxıb

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” çapdan çıxıb
16:38 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Son illər nitq texnologiyaları sahəsində sürətli inkişaf çoxlu sayda yeni terminlərin meydana gəlməsinə səbəb olub. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu cür lüğətin ərsəyə gəlməsi nitq texnologiyaları və nitq siqnallarının rəqəmsal emalı sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsi məqsədi daşıyır.
Yeni nəşrin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat, elmi redaktoru institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.
Nəşrdə nitq siqnallarının rəqəmsal emalı və nitq texnologiyaları sahəsində elmi ədəbiyyatda rast gəlinən terminlər toplanıb. Lüğətdəki sözlər nitq texnologiyalarının əsas istiqamətlərini əhatə edən müvafiq mövzular üzrə təqdim olunub. Burada nitq siqnallarının rəqəmsal emalı, nitqin avtomatik tanınması və sintezi, səsə görə şəxsin tanınması üzrə terminlər haqqında ətraflı məlumat verilib.
Kitab nitq texnologiyaları üzrə ixtisaslaşan mütəxəssislər, tələbələr və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nitq_texnologiyalari_uzre_terminlerin_izahli_lugeti_chapdan_chixib-909685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR