Jurnalist Əvəz Zeynallı azadlığa buraxılıb

10:52 30 Dekabr 2014
65 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 10:39 ]

Bakı. Şəhriyar Əlizadə, Gülnar Bəşirova - APA. Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

 

APA-nın xəbərinə görə, sərəncam müəssisədə cəza çəkənlərdən beş nəfərə şamil edilib. Onlardan biri də jurnalist Əvəz Zeynallıdır.

 

Əvəz Zeynallı jurnalistlərə açıqlamasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq  arzulayıb.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov müəssisədə əfv sərəncamının icrası mərasimində deyib ki, dünən imzalanan əfv sərəncamı 87 məhkuma şamil edilib. Beş nəfər cərimə cəzasından, üç nəfər isə islah işlərindən azad olunub. Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi 6025 məhkum cəzasının qalan hissəsindən azad edilib.

 

H. Əlixanov onu da bildirib ki, Əfv Komissiyası ciddi araşdırmalar aparandan sonra həmin şəxslər əfv olunur: "Əfv edilənlərin çox az  qismi sonradan cinayət törədir. Bu da onu göstərir ki, onlar ümidləri doğruldurlar".

 

Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub

 

Bu müəssisədən isə 10 məhkum azadlığa çıxıb. Sərəncamın icrası jurnalistlərin iştirakı ilə həyata keçirilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR