Noyabrda brokerlərin renkinqinə "Paşa Kapital" başçılıq edib

Noyabrda brokerlərin renkinqinə "Paşa Kapital" başçılıq edib
11:03 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
"Paşa Kapital" MMC şirkəti noyabr ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, şirkət noyabrda 60,7 milyon manat məbləğində broker xidməti göstərib. İkinci yerdə 13,1 milyon manat məbləğində xidmət göstərmiş "AzFinance Invest" MMC, üçüncü yerdə isə 1,6 milyon manatla "Texnika Kapital Menecment" MMC qərarlaşıb. Ümumiyyətlə, noyabrda 8 broker xidmət göstərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Noyabrda_brokerlerin_renkinqine__quotPasa_Kapital_quot_baschiliq_edib-909903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR