Bu il dövlət nəzarətindən keçməmiş 2874 qutu dərman preparatı satışdan çıxarılıb

Bu il dövlət nəzarətindən keçməmiş 2874 qutu dərman preparatı satışdan çıxarılıb
12:38 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsi mütəmadi olaraq planlı və plandankənar yoxlamalar həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, plandankənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır. İl ərzində 113 aptekdə reydlər aparılıb. Yoxlamalar nəticəsində 4 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı ilə məşğul olan, habelə dərman vasitələrini reseptsiz satan 2 aptekin fəaliyyəti dayandırılıb, 1 aptekin lisenziyası alınıb. Eyni zamanda, əczaçılıq bazarından qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş 835 adda 2874 qutu dərman preparatı satışdan çıxarılıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR