Ağsu: heyvandarlıq məhsulları istehsalında dinamik artım təmin olunub

Ağsu: heyvandarlıq məhsulları istehsalında dinamik artım təmin olunub
15:53 10 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 10 dekabr, AZƏRTAC
Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam etməkdədir. Təsadüfi deyildir ki, cari ilin on bir ayında bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən xeyli artıb.
Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, on bir ayda keçən illə müqayisədə ət istehsalı diri çəkidə 123 ton artaraq 4655 tona, süd istehsalı 835 ton artaraq 26 min 967 tona çatıb. Artım, habelə yun istehsalında 3 ton, yumurta istehsalında isə 285 min ədəd təşkil edib.
Göstərilən müddətdə Musabəyli kəndindəki ətlik istiqamətli “Şaban quşçuluq” MMC-nin uğurları diqqətəlayiq olub və quş əti istehsalı 26 tona çatıb.
Hazırda bütün heyvandarlıq təsərrüfatlarında ilin uğurla başa vurulması, ümumiyyətlə qışlamanın müvəffəqiyyətlə keçirilməsi üçün qüvvələr səfərbərliyə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR