Ərdoğan: "Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?"

Ərdoğan: "Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?"
22:17 10 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Bosniya və Herseqovinada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid edib.

Milli.Az "Report"a istinadən bildirir ki, regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.
"Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?", - deyə Ərdoğan vurğulayıb. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR