Çin şirkəti 15 gün avtonom işləyən smartfon təqdim edib

Çin şirkəti 15 gün avtonom işləyən smartfon təqdim edib
12:03 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Çinin “Oukitel” şirkəti 10 min milliamper/saat tutumunda akkumulyator batareyasına malik smartfon təqdim edib. Aparat 15 gün avtonom işləyir və tam enerji yığmasına 3,5 saat vaxt sərf olunur. Smartfonun pərakəndə satış qiyməti 240 dollar təşkil edəcək və 2016-cı il yanvarın 2-dən sifariş edilmiş məhsulların çatdırılmasına başlanılacaq.
AZƏRTAC “Androidauthority” portalına istinadən xəbər verir ki, smartfon 1280x720 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 1 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6735” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz olunub.
Bundan başqa, 2 “SIM” kart girişi olan aparat “LTE” texnologiyasını dəstəklənir və “Android 5.1 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir. Doqquz millimetr qalınlığında korpusa malik fabletin çəkisi 184 qramdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHin_sirketi_15_gun_avtonom_isleyen_smartfon_teqdim_edib-910292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR