Türkiyəli astroloq: "2016-cı il məhəbbət ili olacaq"

Türkiyəli astroloq: "2016-cı il məhəbbət ili olacaq"
15:05 11 Dekabr 2015
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli astroloq Zeynəb Turan 2016-cı il üçün astroloji proqnoz verib. Onun sözlərinə görə, 2016-cı il hər bürc üçün sevgi ili olacaq.
 
Milli.Az publika.az-a istinadən Zeynəb Turanın astroloji proqnozunu təqdim edir:
 
2016-ci ildə hansı bürcü nə kimi hadisələr gözləyir?
 
Qoç 
 
Qoç bürcünün dəbdəbəli həyat tərzini sevən nümayəndələri bu il də bu istəklərindən əl çəkməyəcəklər. Hər zaman diqqət mərkəzində olan Qoçlar gələn il əsasən iş həyatında böyük nailiyyətlər əldə edəcəklər.
Qoç bürcü gələn il gözlənilməz eşq macəralarına da hazır olsun. Axtardığınız insanı itirmək istəmirsinizsə, qısqanclığın münasibətlərinizi korlamasına imkan verməyin.
 
Buğa 
 
Lüks həyat və pul hərisi olan Buğa bürcü üçün 2016-ci il elə də uğurlu olmayacaq. Bədxərclikləri onları gələn il müflis edə bilər. Buna görə də Meymun ilində Buğaları maddi sıxıntılar gözləyir. Lakin dost və sevgi münasibətlərindəki sadiqliyiniz sizə bir çox məsələlərdə yardımçı olacaq. Altıncı hissinizə arxalanaraq etibarınızı qazanmayan, həm də sizə yaxşı təsir bağışlamayan insanları özünüzdən uzaqlaşdırın. Əks təqdirdə xəyanətlə üzləşə bilərsiniz.
 
Əkizlər 
 
Dəyişkən xarakterli Əkizlər üçün bu il çətin keçəcək. Buna səbəb yersiz tərsliyinizdir.  Qısa desək, diliniz başınıza bəla olacaq. Lakin ilin ikinci yarısından sonra işləriniz qaydasına düşəcək və bütün sıxıntılardan xilas olacaqsınız. İlin ikinci yarısından sonra şəxsi həyatınızda da heç bir problem olmayacaq.
 
Xərçəng 
 
2016-cı il Xərçəng bürcünün nümayəndələrinə böyük uğurlar vəd etmir. Onlar bu il xoşagəlməz hadisələrlə rastlaşacaqlar. Belə görünür, Xərçənglər hisslərinin qurbanı olacaqlar. Xərçəng bürcünün hər şeyə həssas yanaşan nümayəndələri xırda şeylərdən inciyib insanlarla aralarına divarlar hörürlər. Qarşı tərəf bunu təkəbbür kimi qəbul etsə də, hadisənin əsl mahiyyəti inciklikdir. Əgər 2016-cı ili hər sahədə yalqız və uğursuz biri kimi başa vurmaq istəmirsinizsə, bu barədə son dərəcə diqqətli olmalı və xırda məsələləri ürəyinizə salmamalısınız.
 
Şir 
 
Gələn il Şirlərin işlərin bolluğundan başını qaşımağa vaxtları olmayacaq. Bütün vaxtını işə ayırdığı üçün onları əyləncədən çox uzaq bir il gözləyir. 2016-cı il iş baxımdan Şirlər üçün son dərəcə uğurlu olsa da, şəxsi həyatı haqqında eyni fikri deyə bilmərik. Əgər evli deyilsinizsə, ulduzlar sizin bu il də tək olacağınızı söyləyir.  Hətta evli Şirlər də həyat yoldaşları ilə ciddi problemlər yaşaya bilərlər. Amma çalışqan Şirlər gələn il böyük pullar qazanacaqlar. Biznes sahəsində də ulduzları çox parlaqdır.
 
Qız 
 
Qızların iş şövqü heç vaxt səngimək bilmir. Məsuliyyətli olmaları və alman dəqiqliyi ilə bəzən ətrafdakıları bezdirirlər. Yeni ildə də işləri ilə çox məşğul olan Qız bürcünü karyerasında böyük nailiyyətlər gözləyir.
Lakin həddindən artıq tələbkar olmaları, xüsusilə, həyat yoldaşlarını narahat edir. Həyat yoldaşınızla münaqişədən qaçmaq üçün onu tələblərinizlə boğmayın. 
Subay Qızları isə 2016-cı ildə olduqca şəhvətli münasibətlər gözləyir.
 
Tərəzi 
 
Həyatını planlaşdıraraq  yaşamağa üstünlük verən Tərəzilər sağlamlıqlarına və xarici görünüşünə xüsusi fikir verirlər. Ancaq qış aylarında bu balans pozulacaq, bundan başqa, səhhətinizdə müəyyən problemlər yaranacaq. Narahat olmağa əsas yoxdur, bahar aylarında yenidən əvvəlki sağlamlığınıza qovuşacaqsınız.
Yay aylarında isə Tərəziləri xəyallarında qurduqları sürpriz məhəbbət gözləyir.
 
Əqrəb 
 
2016-cı ildə Əqrəbləri şəxsi həyatda yeniliklər gözləyir. Evlilik baxımdan da düşərli il olacaq. Lakin yersiz qısqanclığınızla özünüzə əlavə problemlər də qazanmış olacaqsınız.
 
Oxatan 
 
Əyləncə düşkünü olan Oxatanları gələn il xoşagəlməz sürprizlər gözləyir. Uşaq ruhlu olduqları üçün yaxınlarını istəmədən incidirlər. Bu səhvlərinə görə 2016-cı ildə bir çox dostları və tanışları onlarla əlaqələrini kəsəcəklər. Bir sözlə, tənhalıq 2016-ci ildə Oxatanların ən böyük cəzası olacaq. Bu səbəbdən insanlarla ünsiyyətdə daha diqqətli olmaq tövsiyə olunur. Yoxsa ömrünüzün sonuna qədər tək qala bilərsiniz.
 
Oğlaq 
 
Qənaətcilliyi ilə tanınan Oğlaqlar üçün 2016-cı il xeyirli-düşərli olacaq. Xüsusilə, iş həyatında uğur qazanacaq, maddi rifahı yaxşılaşacaq. Sevgi məsələsində isə onları romantik bir il gözləyir.
 
Dolça 
 
Dolça bürcünün bacarmadığı iş yoxdur. Onlar 2016-cı ildə iş həyatında böyük nailiyyətlər əldə edəcəklər. İlin əvvəlində maddi cəhətdən heç bir sıxıntı keçirməyəcəklər. Lakin ilin sonlarında mühüm maddi problemlər gözlənilir. Əgər qənaətcil olmasanız, bunun peşmanlığını uzun müddət çəkəcəksiniz.
 
Balıq 
 
Şıltaq və küsəyən davranışları ilə diqqət çəkən Balıqları çətin il gözləyir. Bu həssaslığınız sizə sosial həyatınızda da mane olacaq. Kiçik şeylərdən vasvasılıq edib, uşaq kimi ağlamağa başlayırsınız. Hər sözdən inciməyiniz sevgiliniz və həyat yoldaşınızla da münasibətlərinizə təsirsiz ötüşməycək. Həssaslıq məsələsində çox diqqətli olmalısınız.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR