Aparıcıdan MTRŞ-yə cavab: "Bir qurum ki, hesabatını kimlərin hazırladığını bilməyə..."

Aparıcıdan MTRŞ-yə cavab: "Bir qurum ki, hesabatını kimlərin hazırladığını bilməyə..."
17:12 11 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Bir qurum ki, hesabatını kimlərin hazırladığını bilməyə, mənim bu cür quruma deməyə sözüm yoxdur. Səhvsiz insan yoxdur. Tənqidləri və verdikləri siyası əsaslı olsaydı, fəxr edərdim. Amma əsassız, faktsız verirlər.

Bunu Milli.Az-a açıqlamasında Lider TV-nin aparıcısı Günel Gözəlova Milli Televiziya və Radio Şurasının nitqində qüsuru olan televiziya aparıcılarının siyahısına və ora öz adının düşməsinə münasibət bildirərkən deyib.

Aparıcının sözlərinə görə, bir neçə il bundan qabaq MTRŞ hətta Lider TV-də və ümumiyyətlə, Azərbaycanın teleməkanında olmayan bir ad yazıb Lider TV-nin nitqi qüsurlu aparıcısı kimi təqdim edib:

"Orada tarix göstərmişdilər ki, guya həmin vaxt efirdə səhv olub. Baxdıq ki, o tarix şənbə günü idi. Şənbə günü isə bizdə xəbər yox idi. Sonradan MTRŞ-dan bir nümayəndə qeyri-rəsmi danışığımızda mənə bu işləri Dilçilik İnstitutundan 2-3 qıza tapşırdıqlarını və onların da, əslində, heç nədən xəbəri olmadıqlarını söylədi. Onlardan fərqli olaraq mən isə bir televiziyanın ən böyük departamentində nitqimizin inkişafı və qorunması üçün əlimdən gələni edirəm".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR