Pakistanında baş vermiş partlayış nəticəsində 15 adam həlak olub

Pakistanında baş vermiş partlayış nəticəsində 15 adam həlak olub
16:18 13 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 13 dekabr, AZƏRTAC
Pakistan mətbuatının yaydığı məlumata görə dekabrın 13-də Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində 15 adam həlak olub.
Son məlumata görə təxminən 50 nəfər yaralanıb, onlardan da 15-nin vəziyyəti ağır qiymətləndirilir. Məlumatda deyilir ki, partlayış şəhərinin girəcəyindəki qış paltarları satılan bazarda baş verib. Polisin verdiyi məlumatda isə qeyd olunur ki, bazarda baş vermiş partlayış terrorçuluq aktıdır və artıq cinayətkarların ikisi tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistaninda_bas_vermis_partlayis_neticesinde_15_adam_helak_olub-910902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR