Bakı metrosu Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb

Bakı metrosu Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb
14:03 14 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanın dünya şöhrətli böyük sənətkarı, SSRİ Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə Rəşid Behbudovun yubileyi ilə əlaqədar Bakının metro stansiyalarında dahi ifaçının əks olunduğu lövhələr yerləşdirilib. Lövhələr əsasən sərnişinlərin sıx olduğu stansiyalarda - “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası” və “Neftçilər” metro stansiyalarında quraşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_metrosu_Resid_Behbudovun_100_illik_yubileyi_ile_elaqedar_tedbirlere_baslayib-911038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR