Qobustanda əkinlərə əlavə torpaq sahələri cəlb edilib

Qobustanda əkinlərə əlavə torpaq sahələri cəlb edilib
15:33 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Qobustan, 14 dekabr, AZƏRTAC
Qobustan rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, gələn ilin məhsulu üçün 24 min 500 hektar sahədə taxıl əkilib. Sahələr ötən ilkindən 2467 hektar çox olub. Taxıl sahələrinin artımı bu mühüm strateji məhsula göstərilən diqqətin nəticəsidir. Belə ki, cari mövsümdə əkinlərə əlavə torpaq sahələri cəlb edilib.
Səpin kampaniyasında 100-dək texnikadan istifadə olunub. Rayonun daha çox taxıl əkilən Ərəbqədim, Xilmilli, Sündü, Cəyirli, Qurbançı və bir sıra digər ərazi vahidlərində, Bölgə Təcrübə Stansiyasında səpin daha mütəşəkkil, optimal müddətdə aparılıb.
Hazırda sahələrdə zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Bu məqsədlə mütəxəssislərdən ibarət xüsusi qrup yaradılıb. Hələlik zəruri hesab olunan 3500 hektarda dərmanlama işləri görülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR