“Qəbələ”nin hücumçusu karyerasını Argentinada davam etdirəcək

“Qəbələ”nin hücumçusu karyerasını Argentinada davam etdirəcək
16:43 14 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun hücumçusu Fakunda Pereyra qış transfer pəncərəsi dönəmində komandadan ayrılacaq.
AZƏRTAC xəbər verir ki, argentinalı futbolçu karyerasını vətənində davam etdirəcək. İyirmi səkkiz yaşlı futbolçunun Argentinanın “Rasinq” klubuna transfer olunacağı gözlənilir. F.Pereyranın meneceri Luis Belvedere futbolçunun dekabrın 21-də Buenos-Ayresə gedəcəyini və komanda ilə müqavilə imzalayacağını bildirib.
Qeyd edək ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan hücumçu cari mövsümün əvvəlindən icarə əsasında “Qəbələ”də çıxış edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR