"Onu gecə-gündüz söyürəm" - fotolar

"Onu gecə-gündüz söyürəm" -  fotolar
13:36 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Xatun Əliyeva küsülü olduğu Lamiyə Ələkbərova ilə barışıb.

Bu haqda Axşam.az-a açıqlamasında sənətçi özü deyib:

“Onunla heç bir pis münasibətimiz yoxuydu. Yaxın dostluğumuz var idi. Sadəcə parodiyaya görə incimişdi. Bu da mənə çox pis təsir etdi. Amma bir yas mərasimində görüşdük, barışdıq. Burun əməliyyatından sonra hamıyla barışdım. Bütün kinim yadımdan çıxdı”.

X.Əliyeva son günlər xeyli arıqlamasından da danışıb:

“Bir pəhriz var. Onu çıxardanı gecə-gündüz söyürəm. Acından ölürəm. Bir gün balıq, səhəri toyuq, sonra süd, tərəvəz yeyirəm. Çox ciddi pəhrizdir, orqanizmi təmizləyir. Ondan sonra mədə balacalaşır. Arıqlamağa kömək edir”.

Geyim tərzindən bəhs edən Xatun mağazalardan libas almağı sevmədiyini bildirib:

“Mağaza gəzib, paltar seçməkdən zəhləm gedir. Modelyerlərlə çalışmağı sevirəm. Ancaq mənə tiksinlər, məndə olsun. Pulum çantaya və ayaqqabıya gedir. Brend olmasına önəm vermirəm. İstəyərəm ki, 3 minlik libasdansa, mahnı alım”.

Foto: Ramin ASLANOV




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR