İŞİD türk əsgərlərini raketlə vurdu

İŞİD türk əsgərlərini raketlə vurdu
02:06 17 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması İraqın Başika ərazisində yerləşən Türkiyə hərbi düşərgəsinə raket zərbələri endirib.

ANS PRESS-in məlumatına görə, hücum nəticəsində iki mülki şəxs öldürülüb və dörd türk əsgəri yaralanıb.

Yaralılar helikopterlə Şırnaka aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Türk ordusunun tank batalyonu İŞİD terror qruplaşması ilə mübarizə aparan kürd qoşununun hazırlığı üçün Naynava əyalətində yerləşdirilib. Türk tərəfinin versiyasına görə, bu haqda razılıq İraq hakimiyyətiylə əldə olunub.



Bağdad hərbi müdaxilədə Türkiyəni ittiham edərək tələb etmişdi ki, qoşunlar ölkənin ərazisini tərk etsin. İraq parlamentinin bəzi deputatları hökumətdən türk ordusuna qarşı hərbi əməliyyata başlamağı tələb edirdilər. Türkiyə Xarici İşlər Nazirliyi isə bildirib ki, rəsmi Ankara İraqa əlavə qüvvə göndərmək niyyətində deyil, həmçinin orda olan hərbi kontingenti çıxarmağı planlaşdırmır.


Türk əsgərlərinin yerləşdiyi ərazi xəritədə

İŞİD İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmadır. İŞİD 2014-cü il yanvarın 3-də öz müstəqilliyini elan edib. 2014-cü il iyunun 29-da isə İŞİD xilafət yaratdığını elan edib. İŞİD üzvlərinin əsas özəlliyi təkfirçi olmalarıdır. Onlar inanclarını qəbul etməyən hər bir kəsi kafir elan edirlər. Nəticədə İŞİD-lə döyüşlərdə yüz minlərlə insan həlak olub və ya edam edilib. Bir neçə milyon insan isə qaçqın düşüb.



Hazırda İŞİD-ə qarşı bir neçə cəbhədə döyüşlər gedir. Qruplaşma ilə Suriya və İraq hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri, həmçinin Livan və İraq şiələrindən ibarət könüllü birləşmələr, kürd silahlıları döyüşürlər. Amma bu qüvvələr arasında əlaqələndirmə yoxdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR