Polat Alemdarın ad günündə o da olub (FOTO)

Polat Alemdarın ad günündə o da olub (FOTO)
11:56 17 Dekabr 2015
48 Şou
Ölkə mətbuatı
A- A+

“Kurtlar Vadisi Pusu”nun Polat Alemdarı Necati Şaşmaz doğum gününü oğlu və dostları ilə bərabər keçirib.

ANS PRESS-in məlumatına görə, həmkarları ad günü münasibətilə məşhur serialın baş qəhrəmanına sürpriz hazırlayıblar.

Serialda sərt və mafiya babaların qənimi hesab olunan Necati Şaşmaz həmkarlarının hazırladığı ad günü tortunu gördükdə duyğulanıb. Türkiyənin ən çox qazanan aktyoru oğlu Ali Nadir ilə şəkil çəkdirərək “İnstaqram” səhifəsində paylaşıb.


"Kurtlar Vadisi" serialının "İnstaqram" səhifəsi

Aktyor ,prodüser və iş adamı Necati Şaşmaz Kanadada təhsil alıb. ABŞ-da 6 il qaldıqdan sonra 2001-ci ildə ailəsini ziyarət etmək üçün Türkiyəyә gəlib.

Geri dönmə biletini 11 sentyabr tarixinə alıb. ABŞ-da həmin gün baş verən terror hadisələrinə görə onun içində olduğu təyyarə bu ölkəyə eniş etmədən geri dönüb. Bundan sonra o, ailəsinin istəyi ilə ABŞ-a dönməyərək Türkiyədə qalıb.


Necati Şaşmaz dostları ilə birlikdə


Həyatına Türkiyədə davam edən Necati Şaşmaz, Ankarada sığorta agentliyi açıb. Çox keçmədən İstanbulda məşhur prodüser Osman Sınavla görüşüb.
O , bir aydan sonra Necati Şaşmaz Osman Sınavın "Kurtlar Vadisi"ndə çəkilmək təklifini qәbul edib.


Necati Şaşmaz tort kəsərkən

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR