"Deyirlər ki, övladlığa uşaq götür" - İlhamə

"Deyirlər ki, övladlığa uşaq götür" -  İlhamə
11:56 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“İstəmişəm ki, imkanım olsun, uşaq evində qalan bir körpəyə kömək edim. Amma hələ ki, buna maddi gücüm çatmır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova deyib.

Uzun müddətdir ailəli olmasına baxmayaraq, ana ola bilməyən sənətçi “Bizimləsən” verilişində bundan danışıb. O, övladlığa uşaq götürməməsinin səbəblərini açıqlayıb:

“Övladlığa uşaq götürmək istəmirəm. Çünki bu böyük məsuliyyətdir. Genetik problemlərdən qorxuram. Mən onu istədiyim kimi böyüdəcəm, birdən böyüyəndə hansısa bir pis vərdişi olacaq. Çox insanlar deyirlər ki, övladlığa uşaq götür, yaxşı olacaq. Amma mən bir insanın həyatı ilə bağlı böyük məsuliyyəti qəbul edə bilmərəm. Bir də mənim ana olmamağımın səbəbi səhhətimdir. Mənim ana olmaq şansım var. Amma heç vaxt ana olmayacağımı desələr də, övladlığa uşaq götürməzdim”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR