"Yeni il arzusu" - xeyriyyə aksıyası - FOTO

"Yeni il arzusu" - xeyriyyə aksıyası - FOTO
14:05 17 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il möcüzəsini Yeni il bayramının ərəfəsindən başqa daha haçan keçirmək olar? Azərbaycan Gənclər İttifaqı "Jam SS" rəqs studiyasının üzvlüyü və Azərbaycan Rəqs Assosiasiyası, "Nargis Fund", "Buro 24/7", "Amapola Exclusive Events"in dəstəyi ilə uşaqlar üçün "Yeni il arzusu" adlı xeyriyyə konkursu təşkil edir. Layihədə Azərbaycanın bütün uşaqları iştirak edə bilərlər!

Lahiyənin koordinatoru, Azərbaycan Rəqs Assosiasiyasının prezidium üzvü Nərminə Əsədova layihə haqqında deyib: "Konkursda iştirak etmək üçün uşaqlara yeni ildə nə istədiyinin rəsmini çəkib, şəkli bizim redaksiyanın e-mail-inə göndərmək lazımdır:  dance-az@mail.ru . 13 dekabr 00:00-dan etibarən, rəsmlər yığılıb və 21 dekabr saat 11:00-da Facebook sosial şəbəkəsində rəsmlərin şəkilləri (nömrələnmiş) yerləşdiriləcək və səsvermə başlayacaq. Səsvermə "Современные танцы для детишек Jam SS" səhifəsində 6 gün müddətində davam edəcək və 26 dekabr 23:59-da bitəcək! Ən çox bəyənilən, "like" yığan ilk 5 rəsm "Jam SS-in" "Yeni il kisəsinə" yığılacaq, 27 dekabr 19:00-da isə "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının səhnəsində  "Buro 24/7"nin köməkliyi ilə "Jam SS" rəqs studiyasından, "Barkers" univermağından və "Amapola Exclusive Events" təşkilatından hədiyyələr oynanılacaq. Uşaqların arzusunu yerinə yetirməkdə partnyorlarımıza böyük minnətdarlığımızı bildiririk! Ümidvarıq ki, Yeni il nağılı hər qapıya gələcək".

Xeyriyyə layihəsinin informasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az.

Konkursla bağlı daha ətraflı informasiya almaq istəyənlər bu linkə daxil ola bilərlər: https://www.facebook.com/Современные-танцы-для-детишек-Jam_SS-621531211191431/?fref=ts
Həmçinin bu telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz : 012 492 54 64









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR