“Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı keçirilib

“Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı keçirilib
17:54 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 17-də Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Lavaş günü” layihəsi çərçivəsində “Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, Yunus Əmrə İnstitutunun Bakı təmsilçisi İbrahim Yıldırım layihə barəsində jurnalistlərə məlumat verib. Onun sözlərinə əsasən, layihə bir ay davam edəcək: “Layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən avtobuslar lavaşın təbliğinə dair məlumatlarla təchiz olunacaq. Bundan başqa, insanlara lavaşa həsr edilmiş broşürlər də paylanılacaq.

 

Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov layihənin məqsədi ictimaiyyətin diqqətini milli mətbəximizin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi faktına yönəltmək olduğunu qeyd edib.

 

Qeyd edək ki, 2014-cü ilin noyabrında Ermənistan tərəfindən lavaş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına “erməni çörəyi lavaşın hazırlanması ənənələri” kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları və bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR