Putin bu məsələni anlamır

Putin bu məsələni anlamır
19:32 17 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan İslam koalisiyasının anti-Rusiya xarakterli olduğunu düşünmürəm.

Milli.Az-ın xəbər verir ki, APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi illik brifinqdə deyib.

Rusiya prezidenti qeyd edib ki, yeni koalisiyanın yaranması anlaşılan deyil.

"Bir halda ki ABŞ rəhbərliyi altında koalisiya qüvvələri mövcuddur və yeni alyansın tərkibindəki dövlətlərin əksəriyyəti, o cümlədən Səudiyyə Ərəbistanı orada yer alır, onda yeni alyansın yaranmasına ehtiyac anlaşılan deyil", - deyə o vurğulayıb.

Bununla yanaşı Putin məqsəd və məramından asılı olmayaraq terrorla mübarizədə birləşməyin vacibliyini önə çəkib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR