Mələkxanım Zəlimxandan danışıb ağladı

Mələkxanım Zəlimxandan danışıb ağladı
12:51 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Mələkxanım Əyyubova “10-dan sonra” verilişində göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, xalq şairi Zəlimxan Yaqubun səhhətindən danışan muğam ifaçısı pis olduğunu bildirib:

“Onun səhhətinin belə olması məni çox pis etdi. Zəlimxan Yaqub təkcə Azərbaycanın böyük şairi deyil. Həm də mənim ailə dostumdur. Hər bir çıxışımda onun sözlərinə yazılan mahnı oxumuşam. Onun yaradıcılığının mənim sənətimdə böyük yeri var. Onun haqqında danışmaq çətindir. Əllərimizi göyə qaldırıb ona can sağlığı diləyək. Bizim gözəl sənətkarlarımız həyatdan tez getməsin".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR