"Azərpoçt"un 3 vəzifəli şəxsi işdən qovuldu

"Azərpoçt"un 3 vəzifəli şəxsi işdən qovuldu
17:37 18 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

"Azərpoçt" MMC-nin 3 filialının rəhbəri işdən qovulub.

Milli.Az xəbər verir ki, APA-a daxil olan məlumata görə, Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.

Bildirilir ki, bu addım Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb:

"Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə digər siyahıda adları olan filial rəhbərləri də işindən azad olunacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR