İlham Əliyev İsveçrəyə getdi

İlham Əliyev İsveçrəyə getdi
17:41 18 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, prezident ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edəcək.

Dövlət başçısı İsveçrə Konfederasiyasının Bern şəhərinə gedib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.

ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidentlərin görüşü dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək. Sabah Serj Sarkisyan Bernə işgüzar səfərə yola düşəcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.


İlham Əliyev, Fransua Olland və Serj Sarkisyan - 27.10.2014

Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü olub. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar.
Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR