Türk şirkətləri azərbaycanlılar xilas edəcək (FOTO)

Türk şirkətləri azərbaycanlılar xilas edəcək (FOTO)
16:26 19 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə höküməti Rusiyadan gələn turist itkilərini minimuma endirmək üçün turizm şirkətlərinə dəstək paketi hazırlayıb.

ANS PRESS-in məlumatına görə, kredit paketindən faydalanacaq ölkə sayı 26-ya çatdırılıb. Tədbirlər planı çərçivəsində 3 milyonluq turist itkisinin 1 milyonunu kompensasiya etmək nəzərdə tutulur.

Plan Almaniyadan-Danimarkaya, Belçikadan-Rumuniyaya qədər 18 Avropa ölkəsini əhatə edir. Turizm şirkətləri Rusiyadan gələn 3 milyon turist sayından əldə olunan gəlirin 15 faizlik hissəsini bu dəstək vasitəsilə kompensasiya edəcək.

Turizm üzrə mütəxəssis Orhan Sancar dövlət dəstəyi sayəsində təyyarə biletlərinin qiymətinin 30-40 dollar aşağı düşəcəyini bildirib. Onun sözlərinə görə, bir nəfər üçün bilet qiymətlərinin bu qədər enməsi, ailə başına ortalama 150-200 dollar endirim deməkdir. "Adambaşına 850 dollar xərcləyən 4 milyon rusiyalı turistdən 34 milyard dollarlıq gəlir götürülürdü. Ancaq indi Rusiyadan 1 milyon turistin gələcəyi gözlənilir ki, bu zaman xəclər də adambaşına 500 dollara enəcək. Nəzərə alaq ki, bu zaman qazanc itkisi 29 milyard dollar olacaq. Bu dəstəklə gələcək 1 milyon insandan 5-6 milyard lıq gəlirdir. Bu isə itkinin 15 faizidir".



Bundan sonra Azərbaycan , Belarus , Qazaxıstan , Qırğısıstan, Özbəkistan, Rusiya , Türkmənistan , Ukrayna , Almaniya , Avstrya , İsverç , Belçika , Danimarka, Finlandiya, Macarıstan, Norveç, Bolqarıstan, Rumuniyadan Türkiyəyə 400 min turist gətirən agentliklər də bu tədbirlər paketindən faydalana biləcəklər.



Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb Türkiyə-Suriya sərhəddində Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması olub. Daha sonra Rusiya tərəfi Türkiyəyə sansksiyalar tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR