“Sumqayıt”-“Rəvan” oyununda qapılara altı top vurulub

“Sumqayıt”-“Rəvan” oyununda qapılara altı top vurulub
17:53 19 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da futbol üzrə Topaz Premyer Liqasının XVIII turuna start verilib.
AZƏRTAC xəbər verir ki, ikinci dövrənin son turunun ilk qarşılaşmasında “Sumqayıt” komandası “Kapital Bank Arena”da “Rəvan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 3:3 hesabı ilə başa çatıb.
“Sumqayıt”ın heyətində Amil Yunanov dubl edib, Mikayıl Rəhimov isə fərqlənib. Rəqib komandanın qollarını Şeriff Suma, Ruslan Tağızadə və Ramazan Abbasov vurublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR