Azərbaycanlı avtoş gürcüləri məəttəl qoydu

Azərbaycanlı avtoş gürcüləri məəttəl qoydu
18:01 19 Dekabr 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı avtoş göstərdiyi şou ilə gürcüləri məhəttəl qoyub.

ANS PRESS-in məlumatına görə, ötən gün Gürcüstanın Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsi ilə əlaqədar gürcülər Tiflisdə bayram ediblər.

Gürcüstan ötən gün işıqlara qərq olub və ölkənin paytaxtında bayram abu-havası hiss olunub. Bu zaman "Hammer" markalı avtomobillə bir nəfər avtoşluq eyməyə başlayıb. Məlum olub ki, həmin şəxs azərbaycanlı imiş.

Yerlimizin maşınla qeyri-adi manevr etməsini görən gürcülər onu telefon vasitəsilə lentə alıblar. Kameraya çəkildiyini görən gənc sürücü bundan sonra qanun pozuntusu etməsinə baxmayaraq, öz işinə davam edib.

Sosial şəbəkələrdə paylaşılan bu video dünəndən bəri böyük marağa səbəb olub.


Azərbaycanlı gəncin Tiflisdə avtoşluq etməsi


Qeyd edək ki, Avropa komissiyası Gürcüstan, Ukrayna və Kosovo ilə viza liberallaşdırılmasına dair müsbət qərar qəbul edib. Sənəd Avropa Parlamenti və Avropa Birliyi üzvü olan ölkələr tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Sözügedən mərhələlərin gələn ilin yayına qədər başa çatacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR