​Çin ABŞ-ı hərbi təxribatda ittiham edib

​Çin ABŞ-ı hərbi təxribatda ittiham edib
23:47 19 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Çin hakimiyyəti şənbə günü Amerikanın "B-52" strateji bombardımançılarının mübahisəli Spratli adalarına yaxın ərazidən uçmasını tənqid edib.
"Report" xəbər verir ki, insident ötən həftə baş verib.
"Dekabrın 10-u səhər saatlarında iki "B-52" Amerika bombardımançısı icazə almadan Nanşa arxipelaqı (Spratli) və ətrafındakı ərazi sularının hava məkanına daxil olub", - deyə ölkənin Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Çin tərəfi xəbərdarlıq edərək bu kimi hərəkətlərin ciddi hərbi təxribat olduğunu, Cənubi Çin dənizində ümumi vəziyyəti mürəkkəbləşdirdiyini və regionun hərbiləşdirilməsinə sövq etdiyini bildirib.
Pentaqon nümayəndələri hazırda təyyarələrdən birinin uçuş trayektoriyasını araşdırdıqlarını qeyd ediblər.
Cənubi Çin dənizində yerləşən Sişa və Nanşa adaları (Spratli) Çinin Vyetnam, Malayziya, Filippin və Bruneylə ərazi mübahisəsi obyektləridir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR