İsmayıllıda yeni tikilməkdə olan “Yaşıl market”də bayram yarmarkası təşkil ediləcək

İsmayıllıda yeni tikilməkdə olan “Yaşıl market”də bayram yarmarkası təşkil ediləcək
18:18 21 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 21 dekabr, AZƏRTAC
Yeni ilin gəlişi ilə əlaqədar İsmayıllıda dekabrın 29-31-də üç günlük bayram yarmarkası keçiriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, yarmarkaya əsasən yerli istehsal olan heyvandarlıq və bitkiçilik məhsulları, meyvələr çıxarılacaq. Məhsullar alıcılara bazar qiymətlərindən 20-25 faiz ucuz qiymətə təklif olunacaq.
Qeyd edək ki, bayram yarmarkası şəhərin Heydər Əliyev prospektinin cənubunda inşa edilməkdə olan “Yaşıl market”də təşkil olunacaq. “Yaşıl market”in kənd təsərrüfatı məhsulları satılacaq hissəsi artıq istifadəyə hazırdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR